Qadin.NET / Bu gün möhtəşəm atəşfəşanlıq olacaq

Bu gün möhtəşəm atəşfəşanlıq olacaq

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Bakıda konsert və atəşfəşanlıq olacaq

Milli.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də Milli Parkda möhtəşəm konsert və atəşfəşanlıq olacaq.BŞİH paytaxt sakinlərinə müraciət edərək onları müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə iyulun 14-də, saat 21:00-da Milli Parkda Saat qülləsinin yanında təşkil olunacaq bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1969-cu ildə iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib.

Mənbə: Milli.Az

 

14 iyul 2014
GO BACK