2014-cü ilin 6 ayı ərzində 2 uşaq əcnəbi ailəyə övladlığa verilib
Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova bildirib.V. Möhsünovanın sözlərinə görə, uşaqlardan biri ABŞ, digəri isə Gürcüstanda yaşayan azərbaycanlı ailələrə övladlığa verilib.
Hər 2 uşaq oğlandır.V.Möhsümova əlavə edib ki, azərbaycanlı uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsi qaydalarında hələlik heç bir dəyişiklik yoxdur.
Mənbə: Milli.Az