Bu gün Bakıda və Abşeron yarımadasında qeyri-sabit, dəyişən buludlu və küləkli hava şəraiti müşahidə olunacaq. Bunu ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə ötən günlərlə müqayisədə bu gün hava sərin keçəcək.A. Verdiyev qeyd edib ki, sabah etibarən, hava şəraiti nisbətən mülayimləşəcək, iyulun 16-dan isə temperaturun tədricən yüksələcəyi gözlənilir.
Mənbə: ANS PRESS