Qadin.NET / Diabetin dərmansız davası

Diabetin dərmansız davası

 

Aerobika və fiziki təmrinlər kompleksi diabet diaqnozu ilə sarsılan insanlara yardımçı ola bilər. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə məşqlər qanda şəkərin tənzimlənməsinə imkan yaradır. 
Alimlər 2-ci tip diabeti olan 900 insan üzərində aparılan 14 tədqiqatı araşdırıblar. Tədqiqatlar aerob və güc məşqlərinin pasiyentlərin ümumi durumuna təsirini öyrənməyə yönəlmişdi. 
Aerob və güc məşqləri ayrı-ayrı yerinə yetiriləndə kompleks məşqlərin effektini verməyib. Kompleks məşqlər zamanı həm qanda şəkərin və yağların səviyyəsini, həm də arterial təzyiqi, həm də pasiyentin çəkisini yaxşı vəziyyətə gətirmək mümkün olub. 
Kombinə məşqlər həmçinin "yaxşı" xolesterinin artmasına səbəb olub. 
Avstriyalı alimlər deyirlər ki, məşqçinin nəzarəti altındakı məşqlər özbaşına məşqlərdən daha yaxşıdır. Ancaq təəssüf  ki, xəstələrin əksəriyyəti maddi durum səbəbindən mütəxəssislə məşq edə bilmir. 
Güc məşqləri əzələ toxumasını artırır, bu səbəbdən qlükozanın sərfini çoxaldır, aerobika isə şəkərin bədəndən çıxmasına yardımçı olur. 

Mənbə: Milli.Az

 

14 iyul 2014
GO BACK