Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 78 min qadının iştirak etdiyi tədqiqatın nəticələrinə görə, qan təzyiqini tənzimləyən dərmanları - beta-blokatorları - qəbul edən qadınlarda psoriaz yaranma ehtimalı həddən artıq çoxdur.
Psioriaz immun sisteminin xroniki pozuntusudur və onun nəticəsində dəridə qırmızı, qabarıq ləkələr əmələ gəlir. Əvvəlki tədqiqatlar psoriazın diabet, ürək xəstəlikləri və depressiya ilə əlaqəsini ortaya çıxarıb.
6 il müddətində yüksək qan təzyiqindən əziyyət çəkən qadınları müayinə edən həkimlər onlarda psioriazın yarandığının şahidi olublar.
6 il ərzində beta-blokator qəbul edən qadınlarda bu dərmanları qəbul etməyənlərə nisbətən psoriaz riski 40% artıb.
Beta-blokatorlar, o cümlədən Tenormin (atenolol) və İnderal (propranolol) müəyyən reseptorları bloka salaraq arterial təzyiqin azalmasına səbəb olur. Tədqiqatçılar digər təzyiq dərmanlarını da öyrəniblər, ancaq psoriazın məhz beta-blokatorlarla əlaqəsini müəyyən ediblər. Araşdırmalar hələ sona yetməyib. Hələlik dəqiq sübutlar yoxdur, bu səbəbdən yüksək qan təzyiqi olan xəstələrə müntəzəm olaraq kardioloq və dermatoloqların yanında müayinədən keçmək məsləhət görülür.