Qadin.NET / Hava isindikcə böyrəklərə daş enir

Hava isindikcə böyrəklərə daş enir

 

İqlim dəyişiklikləri, sözsüz ki, insanlığa mənfi təsir edir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yeni tədqiqata görə, yüksək temperatur böyrək daşının yaranması riskini artırır. Alimlərin təxmini belədir: temperaturun artması orqanizmin susuzlaşmasına səbəb olur, nəticədə mineralların konsentrasiyası artır və onlar böyrəklərdə kristallaşır. 

Tədqiqatçılar aşkar ediblər ki, temperatur kəskin artdığı zaman böyrəklərində daş olan pasiyentlərin sayı da çoxalır. 
Alimlər deyirlər ki, böyrək daşı xəstəlikləri son vaxtlar çox geniş yayılıb. Temperatur da ildən-ilə qalxdığından bu tendensiya, çox güman ki, qalacaq. Hazırda hər 11 adamdan birinin böyrəyində daş var. Halbuki 1994-cü ildə bu, hər 20 adamdan birində rast gəlinirdi. Çox maraqlıdır ki, hava istiləşdikcə bu göstərici artır. Tədqiqatçılar həmçinin bildirirlər ki, orta illik temperaturdan fərqli olaraq böyrək daşları riskinin artmasına ildəki isti günlərin sayı daha çox təsir edir. 

Mənbə: Milli.Az

 

14 iyul 2014
GO BACK