Qadin.NET / Psixoloqa ən çox kim gedir?

Psixoloqa ən çox kim gedir?

 

Yeni tədqiqatların nəticələrinə görə, xroniki somatik xəstəlikləri olan qadınlar eyni problemdən əziyyət çəkən kişilərə nisbətən daha çox psixoloqa müraciət edirlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların sayı bu məsələdə kişiləri 10% üstələyir. 

Həmçinin belə problemlər yaranarsa, kişilər psixoloq ziyarətini 1 ay təxirə salırlar, qadınlarda isə belə xüsusiyyət az rast gəlinir. 
Tədqiqatda diabet, yüksək qan təzyiqi, astma və ya ağciyər rahatsızlığı xəstəliklərindən heç olmasa birindən əziyyət çəkən insanlar iştirak ediblər.Alimlər deyirlər ki, nəticə bütün diqqəti qadınlara yönəltməməlidir. Bu gender ayrılığının səbəbini araşdırmaq daha vacibdir. Bu araşdırma müxtəlif nəticələrə diqqət çəkir. Mümkündür ki, qadınlar psixoloji yardım arayarkən daha çox rahatlanırlar. Kişilər isə sadəcə günü-günə satıb tənbəllik edirlər. Həmçinin ola bilsin ki, qadınlarda ağrı hissi daha güclüdür və bu onları dəstək axtarmağa vadar edir. Xroniki fiziki ağrı depressiyaya gətirib çıxara bilər. Həkimlərə isə kişilərə, yoxsa qadınlara belə hallarda psixoloji yardımın daha zəruri olmasını təyin etmək vacibdir.

Mənbə: Milli.Az

 

14 iyul 2014
GO BACK