Qadin.NET / Uşaqlarda korluq yaradan səbəblər

Uşaqlarda korluq yaradan səbəblər

 

Qlaukoma zamanı gözlərdə maye yığılır, bu təzyiq yaradır və görmə nervini zədələyir, nəticədə insan kor olur. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bəzi hallarda uşaqlar qlaukoma ilə doğulurlar. Bəzən isə yuxarı yaşlı uşaqlarda gözün travması zamanı, steroid göz damcılarından istifadə edərkən, yaxud da müxtəlif göz xəstəliklərinin cərrahi yolla müalicəsindən sonra qlaukoma yaranır. Müəyyən hallarda isə qlaukoma uşaq doğulduqdan sonra yarana bilər. Bu, ilkin anadangəlmə qlaukoma adlanır. Belə uşaqların bir qisminin qohumlarında uşaq yaşlarında qlaukoma halları müşahidə olunur. Bu xəstəlik bəzi hallarda genlərin mutasiyası ilə bağlıdır və irsi keçir. Ancaq onu xüsusi analizlərlə təyin etmək mümkündür. Dərhal reaksiya vacibdir, çünki qlaukoma çox tezliklə görmə qabiliyyətinin itməsinə səbəb ola bilər. Qlaukomanın əsas əlaməti gözün rənginin bulanıqlaşmasıdır. Bundan başqa, digər əlamətlər də var: triada - göz qapaqlarının spazmı, işığa qarşı həssaslıq və gözün sulanması. Bu əlamətləri təyin etmək valideynlər üçün çətin deyil, sadəcə, yeni doğulmuş uşağa diqqət eləmək lazımdır.  Bəzən uşaqların gözlərinin tez-tez yaşarmasını qarında sancı ilə əlaqələndirirlər. Odur ki, həkimlə məsləhətləşmək yerinə düşər. 
Uşaqlarda qlaukomanı təcili cərrahi əməliyyatla aradan qaldırırlar. Sonrakı mərhələdə isə həkimlər daim uşağı nəzarətə götürürlər, onun təzyiqi və görmə qabiliyyəti müntəzəm olaraq yoxlanılır.
Mənbə: Milli.Az

 

13 iyul 2014
GO BACK