Qadin.NET / Dünya belə yalan eşitmədi

Dünya belə yalan eşitmədi

 

Koreya Xalq Demokratik Respublikası (KXDR) telekanallarından biri ölkənin futbol üzrə yığma komandasının Braziliyada keçirilən dünya çempionatında uğurlu çıxış etdiyi barədə məlumat yayıb. Milli.Az Apasport.Az-a istinadən bildirir ki, hazırlanan reportajda millinin qrupda keçirdiyi hər 3 oyunda qələbə qazandığı və finala çıxdığı qeyd edilib. Guya ki, Şimali Koreya qrup mərhələsində Yaponiyanı 7:0, ABŞ-ı 4:0, Çini isə 2:0 hesabı ilə üstələyib.

Mundialdan xəbərsiz koreyalı jurnalistlər yığmalarının qızıl medal uğrunda görüşdə Portuqaliya ilə qarşılaşacağını bildiriblər. Bu azmış kimi, reportajda koreyalı futbolçuların hansısa oyundan kadrlarını, koreyalı azarkeşləri, mundialın oyunlarının baş tutduğu stadionları, hətta KXDR lideri Kim Çen Inın bu münasibətlə Braziliyada olduğunu qeyd ediblər.
Xatırladaq ki, Şimali Koreya yığması Braziliyada başa çatmaq üzrə olan dünya çempionatına qatılmayıb. Mundialın finalında isə bu gün Almaniya və Argentina yığmaları üz-üzə gələcəklər.

Mənbə: Milli.Az

13 iyul 2014
GO BACK