Dünyada hələdə ən məşhur brauzer İnternet Explorerdir.ANS PRESS-in məlumatına görə, "Microsoft" firmasının istehsalı olan brauzer başqa rəqiblərini əhəmiyyətli şəkildə üstələyir.
Son statistik rəqəmlərə görə, dünyada fərdi komputer istifadəçilərinin 58 faizi Internet Explorerdən istifadə edir. Google Chrome 19,34% göstərici ilə ikinci, Mozilla 15.54% göstərici ilə üçüncüdür. Mütəxəssislər Internet Explorerin populyarlığının səbəbini brauzerin təhlükəsizliyi iıə əlaqələndirirlər. Internet Explorerdə pul köçürmələri və bank əməliyyatlarına müdaxilə imkanları başqa brauzerlərlə müqayisədə daha aşağı qiymətləndirilir. Windows əməliyyat sistemindən istifadə edənlərin əksəriyyəti bu brauzerdən istifadə etməsələr belə, komputerlərinə Internet Explorer yükləyirlər.
Mənbə: ANS PRESS