Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Bakıda konsert və atəşfəşanlıq olacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 14-də Milli Parkda möhtəşəm konsert və atəşfəşanlıq olacaq.
BŞİH paytaxt sakinlərinə müraciət edərək onları müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycabnda rəhbərliyə gəlməsinin ildönümü münasinətilə iyulun 14-də saat 21:00-da Milli Parkda Saat qülləsinin yanında təşkil olunacaq bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1969-cu ildə iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib.
Mənbə: ANS PRESS