Miladi: 13 iyul 2014
Hicri: 15 Ramazan 1435
İlin 194-cü günü
İlin sonuna 171 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.53
Günəş - 06.21
Zöhr - 13.50
Əsr - 18.28
Məğrib – 21.28
İşa – 23.11
1789-cu ildə “Peterburqdan Moskvaya səyahət” kitabının müəllifi Aleksandr Radişev həbs edilib
1793-cü ildə fransız elm adamı və tibb doktoru Jan-Pol Marat vəfat edib
1830 - Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb. Bu qərar işğal olunmuş Azərbaycan torpaqlarında rus işğalına qarşı kəndli çıxışlarını səngitmək niyyəti daşıyırdı.
1841-ci ildə Rusiya, İngiltərə, Fransa, Prussiya və Türkiyə arasında İstanbul (Bosfor) və Çanaqqalla (Dardanel) boğazından xarici hərbi gəmilərin keçməsini qadağan edən saziş imzalanıb
1882-ci ildə Rusiyada ilk telefon stansiyası işə salınıb
1908-ci ildə Qadınlar ilk dəfə müasir olimpiya oyunlarında (Londonda) iştirak edib
1918-ci ildə ADR-də səyyar hərbi xəstəxanaların yaradılmasına başlanıb
1923-cü ildə 14 metrlik hərflərlə Los Ancelesdəki Hollivud təpəsinə məhşur “Hollywood” yazısı yazılıb
1926-cı ildə Xalq rəssamı Vidadi Nərimanbəyov Fransanın Kann şəhərində anadan olub
1930-cu ildə Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirilib
1942-ci ildə ABŞ aktyoru Harrison Ford anadan olub
1947-ci ildə Avropanın xarici işlər nazirləri “Avropanın bərpası planı”nı təsdiq ediblər
1951-ci ildə avstriyalı bəstəkar Arnold Şönberg vəfat edib
1953-cü ildə türkiyəli aktyor Selcuq Yöntəm anadan olub
1954-cü ildə meksikalı rəssam Frida Kahlo vəfat edib
1954-cü ildə türkiyəli müğənni Sezen Aksu anadan olub
1974-cü ildə italyan Formula 1 sürücüsü Jarno Trulli anadan olub
1977-ci ildə Nyu-York tarixində ilk dəfə 25 saat ərzində elektrik kəsilməsi ictimai asayişin pozulmasına səbəb olub
1992-ci ildə Azərbaycan Respublikası Oman ilə diplomatik əlaqələr qurub
1996 - Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. Bundan az öncə (28 iyun 1996) Azərbaycan Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almışdı.
2000-ci ildə akademik Çingiz Cuvarlı vəfat edib
2006 - Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri, layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə 30-dək ölkənin nümayəndə heyəti iştirak etmişdi. BTC-nin açılışı Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi. 1999-cu ilin 18 noyabrında BTC-yə dair "İstanbul bəyannaməsi"nin imzalanması ilə başlanan yol uğurla başa çatmışdı. BTC-nin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəql gücü 1 mln. barreldir.
2007-ci ildə Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Saziş imzalanıb