Qadin.NET / Messinin ən böyük arzusu

Messinin ən böyük arzusu

 

Messinin ən böyük arzusu

Argentina yığmasının hücumçusu Lionel Messi 2014-cü il dünya çempionatında Almaniyaya qarşı final matçı ərəfəsində bildirib ki, onun komandası qalib gəlmək üçün nə mümkündürsə, edəcək. ANS PRESS-in məlumatına görə, “Barselona”lı forvardın fikrincə, Dünya Kubokuna sahib olmaq hər bir futbolçunun ən böyük arzusudur.Messi deyib: “Mən dünya çempionu adı üçün bütün şəxsi nailiyyətlərimdən keçərdim. Dünya Kubokunu “Ən yaxşı oyunçu” adından üstün tutaram. Bu turnirdə qələbə futbolçu üçün ən böyük nailiyyətdir. Mən “Barselona” komandasındakı tərəfdaşlarımdan soruşanda ki, dünya birinciliyində qalib gəlsək, necə olar, - onlar cavab verdilər ki, bunu izah etmək çətindir. Biz bu arzunu gerçəkləşdirmək üçün əlimizdən gələni edəcəyik”.Qeyd edək ki, Üç matçda cəmi iki top vuran və bu üç matçın ikisində qələbə üçün əlavə vaxta ehtiyac duyan Argentina komandası dünya çempionatının pley-off mərhələsində elə də ürək açan olmayıb. Mütəxəssislərin çoxu indidən deyir ki, əgər Cənubi Amerika futbolçuları çempion olsa, onlar dünya birincilikləri tarixində ən zəif qaliblər olacaqlar. Braziliyada keçirilən dünya çempionatında Messi dörd qol vurub və bu qolların hamısı qrup mərhələsinə təsadüf edib.

 

Mənbə: ANS PRESS

13 iyul 2014
GO BACK