Qadin.NET / Hava haqqında

Hava haqqında

 

İyulun 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27°, Türkan, Hövsan, Şıx və Sahildə 27-28° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında
 gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 28-33° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
 hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
 hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq. 

Mənbə: Milli.Az
13 iyul 2014
GO BACK