Qadin.NET / İquain almanlara meydan oxudu

İquain almanlara meydan oxudu

 

"Almaniya güclü komandadır. Onlar yaxşı futbol oynayırlar. önəmli turnirlərdə də hər zaman favorit komanda olduqlarını sübut edirlər. Ancaq onların da bizdən ehtiyat etdiyini düşünürəm. Çünki finalda qarşılaşacaqları komanda Argentinadır. Turnir ərzində yaxşı oynayaraq finala yüksəldik. Dünya kubokunu qazanacağımıza inanıram".Milli.Az Qol.Az-a istinadən bildirir ki, bu sözləri Argentina millisinin futbolçusu Qonzalo İquain DÇ-2014-ün finalında Almaniya ilə oyun öncəsi deyib.O, Almaniya ilə matçın çox çətin keçəcəyini bildirib:"Turnir ərzində bizi oyunumuza görə tənqid etdilər. Ancaq biz rəqiblərimizə qalib gələrək finala yüksəldik. Almaniya qarşısında da ən yaxşı oyunumuzu nümayiş etdirəcəyik".
Mənbə: Milli.Az

 

13 iyul 2014
GO BACK