Hyundai gələn il i30 heçbek üçün yeniliklər hazırlayır. Avtomobil artıq bir neçə dəfə fotocasusların kameralarının obyektivinə tuş gəlib. Bu dəfə internetdə yayılmış şəkillər daha keyfiyyətlidir və baş vermiş bütün dəyişiklikləri normal görmək mümkündür. Hyundai i30 çox geniş olmayan feysliftinq və mühərrik sırasında yeni mühərrik əldə edəcək.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, koreyalılar nəhayət 1.6 litr həcmli “qarınqulu” mühərriki çıxardıb kənara qoyacaqlar. Onun yerini 130 a.g. hasil edən 1.2 litrlik turbomühərrik tutacaq. Beləliklə Hyundai öz avtomobillərini təkcə xarici görünüşünə görə deyil, həm də güc qurğularına görə Avropa standartlarına uyğunlaşdırır. Feysliftinq ənənəsinə müvafiq olaraq i30 daha müasir optika, bir qədər dəyişdirilmiş qabaq bamper və radiator barmaqlığı əldə edəcək.
Mənbə: Milli.Az