Qadin.NET / "Azərbaycan Hava Yolları" bəzi reysləri üzrə xüsusi aksiya keçirir

"Azərbaycan Hava Yolları" bəzi reysləri üzrə xüsusi aksiya keçirir

 

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniya, İran, Çin və Rusiyaya bəzi reyslərində xüsusi aksiya keçirir. Bu barədə TrendQSC-nin rəsmi internet saytına istinadən məlumat verir.Şirkətin London (və geriyə) aviareysinə biletləri 459 avroya, Pekinə 409 avroya, Tehrana və Təbrizə - 179 avroya, Rostov-na-Donuya 219 avroya, Permə 309 avroya, Nijni Novqoroda 319 avroya və Kazana 249 avroya almaq olar.Biletlərin satış müddəti 15 iyuldan 31 iyuladək, uçuşların müddəti isə 15 iyuldan 14 avqustadəkdir.
Təkcə Rusiya Federasiyasının şəhərlərindən uçuşlar üçün yerlərin sayı məhdud ola bilər, aviabiletləri yenidən bronlamağa və qaytarmağa icazə verilmir.
Mənbə: Milli.Az

 

11 iyul 2014
GO BACK