Qadin.NET / İnternetlə bağlı şok fakt..

İnternetlə bağlı şok fakt..

Texnologiya asılılığının sürətlə artdığını ifadə edən Asılılıq Mütəxəssisi Bahri Akalın deyib ki, asılılıq dedikdə ilk ağla gələn narkotik və texnologiya asılılığıdır. Ümumiyyətlə bəhs etdiyimiz mövzular indiki dövrün ən böyük problemləridir.
Təəssüf ki, gənclər internetdən məlumatlanmaq üçün yox, qumar, tanışlıq və.s kimi faydasız şeylər üçün istifadə edirlər.
Milli.Az musavat com-a istinadən xatırladır ki, əvvəllər kompüterlər ofisimizdə və evimizin salonunda olardı. Ancaq indi cibimizdə gəzdiririk. Ağıllı telefonların sayəsində bütün texnologiyanı cibimizdə daşıyırıq. Uşağımızı kompüterlə ilk biz tanış edirik. Amma normal istifadə qaydasına əməl etmirik. Uşaq çölə çıxdığında narahat oluruq, gözümüzün qarşısında olması üçün kompüterdən limitsiz istifadəsinə icazə veririk. Bu çox vacib məsələdir. 
Gələcəkdə övladınızı içinə qapanıq, aqressiv görmək istəmirsinizsə, internetdən istifadəsinə, girdiyi saytlara diqqət edin. "İnternet ucbatından boşananların sayının xeyli artdığını qeyd edən Akalın yekun olaraq dedi ki, Cəmiyyətdən uzaqlaşmayın, yeni insanlarla tanış olun, yeni dostlar qazanın. Uzaqlaşdığınız dünya sizin yaşadığınız dünyadır virtual dünya deyil”.

Mənbə: Milli.Az

11 iyul 2014
GO BACK