M.Abbaszadə bildirib ki, XI siniflərdə Ana dili fənnindən Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, Riyaziyyat fənnindən Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların göstərdikləri nəticələr bütün respublika üzrə çox aşağıdır.
Onun sözlərinə görə, XI sinif məzunlarının buraxılış imtahanlarında topladıqları orta bal IX sinif məzunlarına nisbətən artıb. Komissiya sədri qeyd edib ki, IX siniflərlə müqayisədə buraxılış imtahanlarında iştirak edən XI sinif məzunlarının sayı az olsa da, onların nəticələri daha yüksək olub. Bu, XI sinifdə oxuyan şagirdlərin təhsillərini davam etdirmələri üçün daha yaxşı nəticə göstərmələri ilə izah oluna bilər: "11-ci sinifdə butraxılış imtahınında iştirak edənlərin 56%-ni oğlanlar, 44%-ni qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80%-dən çoxu oğlanlardır və qızların sayı çox azdır".
Mənbə: Milli.Az