Qadin.NET / Sabah nadir təbiət hadisəsi görəcəyik

Sabah nadir təbiət hadisəsi görəcəyik

İyulun 12-də gecə Ay möhtəşəm olacaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sabah nadir təbiət hadisələrindən olan super Ay görünəcək. Həmin vaxt Yerin təbii peyki 14% daya böyük, 30% daha parlaq görünəcək. 
Bu cür hadisələr Ayın yerə daha yaxın olduğu vaxtlarda ortaya çıxır. "Super ay" (supermoon) sözü termin kimi ilk dəfə 1979-cu ildə Riçard Nolle tərəfindən istifadə edilib. 

Mənbə: Milli.Az

11 iyul 2014
GO BACK