“Bu il 9-cu siniflər üzrə buraxılış imtahanlarında 111868 şagird iştirak edib. Onlardan 69400-ü (62,04 faiz) hər iki fənn üzrə (Ana dili və riyaziyyat) müvəffəq qiymət alıblar. 9-cu sinif şagirdlərindən 84007-si (75.22%) Ana dilindən, 78324-ü isə (70.01%) riyaziyyatdan müvəffəq qiymət alıblar”.
ANS PRESS-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il 11-ci siniflər üzrə buraxılış imtahanlarında 83093 şagird iştirak edib. Onlardan 61579-u (74.11 %) hər iki fənn üzrə müvəffəq qiymət alıb. 11-ci sinif şagirdlərindən 69016-sı (83.33%) Ana dilindən, 66681 nəfəri isə (81.25%) riyaziyyatdan müvəffəq qiymət alıblar.
Məleykə Abbaszadə onu da deyib ki, 2014-cü ildə TQDK tərəfindən 3-cü dəfə Respublika üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
2012-2014-cü il məzunlarının buraxılış imtahanlarındakı nəticələri:
Mənbə: ANS PRESS