Xəzər dənizində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xİdmət Mərkəzindən Trend-ə bildiriblər ki, ilkin məlumatlara əsasən, yerli vaxtla 06:08:45-də Xəzər dənizində, yerin 55 km dərinliyində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Mənbə: Milli.Az