Qadin.NET / Bakı metrosunda sərnişin zilləti

Bakı metrosunda sərnişin zilləti

 

Paytaxt sakinlərinin ən çox istifadə etdiyi nəqliyyat vasitəsindən sayılan Bakı metrosu sərnişinlərini məyus edir. Yay mövsümü, ali və orta məktəblərin bağlı olmasına baxmayaraq, metroda hər gün izdiham müşahidə olunur. Metroda kondisionerlərin olmaması isə bu izdihamı insanlar üçün havasız bir məkana çevirir. Bu gün, sadəcə, bir izdihamlı metro stansiyasından, “Elmlər Akademiyası”ndakı vəziyyətdən söhbət açırıq. 
Oxucular Milli.Az-a bildiriblər ki, təxminən iki həftə əvvəl metronun eskalatorundan biri təmirə dayansa da, işlər, hələ də, başa çatdırılmır. Bunun əziyyətini isə sərnişinlər çəkirlər. Havasızlıq şəraitindəki stansiyadan çıxmaq üçün izdiham eskalator növbəsinə dayanmalı olur. 
Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Milli.Az-a açıqlamasında bildirdi ki, “Elmlər Akademiyası” stansiyasında eskalatorlardan biri təmirə dayanıb. Metronun giriş-çıxışlarına bu barədə elanlar da yazılıb. 
Metropoliten rəsmisinin sözlərinə görə, eskalator əsaslı təmir olunur. Sentyabr ayına kimi təmirin aparılması nəzərdə tutulub. 

Anar Məmmədov.
Mənbə: Milli.Az

 

Bakı metrosunda sərnişin zilləti

 

10 iyul 2014
GO BACK