Trend Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən bildirib ki, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevkollegiya iclasında cıxışı zamanı deyib.
Onun sözlərinə görə, uzun illər qarşıda dayanan sümük iliyinin transplantasiyası problemi də öz müsbət həllini tapır: "Artıq bizim həkimlər Belarusdan gələn mütəxəssislərlə birgə 3 xəstəyə sümük iliyi köçürüblər. Düşünürəm ki, bu bizim üçün, həqiqətən, böyük uğurdur".
Nazirin sözlərinə görə, tək-tək ölkələr var ki, orada sümük iliyinin transplantasiyası əməliyyatları yerinə yetirilir:
"Nəinki keçmiş Sovet İttifaqı ölkələrində, Avropada da ancaq yüksək inkişaf etmiş dövlətlərdə bu cür əməliyyatlar həyata keçirilir. Həm sümük iliyi transplantasiyası əməliyyatı, həm də əməliyyatdan sonra xəstənin vəziyyətdən çıxarılması üçün çox böyük vəsait tələb olunur və bu vəsait Azərbaycanda dövlət tərəfindən ödənilir".
Mənbə: Milli.Az