Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ziya Bünyadov küçəsində yaşayanların əsas şikayəti onlara ayrılan kompensasiya ilə razılaşmamasıdır.ANS TV-nin məlumatına görə, sakinlər deyir ki, burada 38 ev var ki, hər birində ailə 20 ildən çoxdur ki, yaşayır. Ancaq onlara tezliklə evlərini tərk edilməsi tapşırılıb. Buna görə də evin hər bir kvadratı üçün 300 AZN kompensasiya ayrılıb. Sakinlər bundan başqa onu da deyir ki, yolun digər bir tərəfində evlərin sökülməsi üçün 300 AZN-dən çox kompensasiya ayrılıb. Burada yaşayanların əksəriyyətinin evi kiçik kvadratlı olduğundan onlar bu qiymətlə razılaşmır.
Elə sakinlərin bu etirazının qarşısını almaq üçün əraziyə hüquq-mühafizə orqanları da cəlb olunmuşdu. Bununla yanaşı əraziyə gələn Sabunçu rayon icra hakimiyyətinin Bakıxanov qəsəbə nümayəndəsinin sakinlərlə söhbəti zamanı bəlli oldu ki, burda tikilən evlərin heç birinin sənədi yoxdur. Bu evlər vaxtilə qeyri-qanuni şəkildə tikilib. Ona görə də ayrılan kompensasiyanın miqdarı az olub. Amma bununla bağlı evlərin yenidən qiymətləndirilməsi üçün yenidən komissiya təyin edilib. İcra nümayəndəsi əmin etdi ki, kompensasiyanın düzgün qiymətləndirilməsi üçün evlərin ərazisi yenidən ölçüləcək.
Mənbə: ANS PRESS