Qadin.NET / BMW Z4 təqdim olundu

BMW Z4 təqdim olundu

 

BMW Yaponiya bölməsi sDrive20i GT Spirit adlı Z4 modeli xüsusi buraxılışını rəsmi təqdim edib. Bavariyalılar bununla BMW Sports Trophy komandasının Super GT yarışlarında qələbəsini qeyd ediblər.Milli.Az 4charx.com-a istinadən bildirir ki, BMW sDrive20i GT Spirit 60 nüsxədən ibarət çox məhdud sayda buraxılacaq. O xüsusi Alpine White rəngi ilə boyanıb və M Sport paketi ilə təchiz edilib. Avtomobilin “ayaqlarına” 19 düymlük yüngül lehimli “M” diskləri geyindirilib. Yeni modeli həm də “M” loqotipli yeni kəndarlar fərqləndirir. Salonda pedallar alüminiumdan hazırlanıb. İnteryer dəri və alkantara ilə üzlənib və burada narıncı rəngli taxmalardan istifadə edilib.

Standart versiyada olduğu kimi BMW Z4 sDrive20i GT Spirit də 184 a.g. və 270 Nm fırlanma anı hasil edən 4 silindrli 2.0 litrlik turbo benzin mühərriki ilə işləyir. Bu aqreqat avtomobilin ilk “yüzlüyə” 6,9 saniyədə sürətlənməsi və 8 pilləli avtomat ötürücü qutu ilə konfiqurasiyada 235 km/saat maksimal sürət yığmasını təmin edir.
Mənbə: Milli.Az
9 iyul 2014
GO BACK