Qadin.NET / LG 10 düymlük planşet satır

LG 10 düymlük planşet satır

 

LG şirkəti yeni G Pad 10.1 planşetinin qlobal satışlarına start verib. Adından məlum olduğu kimi, qurğu 10.1 düym diaqonallı ekran, həmçinin 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib.Milli.Az ICT nevs-a istinadən bildirir ki, planşet 1280x800 piksel təsvir ölçülü ekran, 16 QB daxili və 1 QB əməli yaddaş, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralarla təchiz edilib. Akkumulyator batareyasının həcmi 8000 milliamper/saat təşkil edir. Ölçüsü 260,9 x 165,9 x 8,9 mm, çəkisi 523 qram təşkil edir. Planşetdə mobil rabitə modulu mövcud deyil.Qurğu qara, ağ, qırmızı, narıncı və göy rənglərdə əlçatan olacaq.
Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK