Məhdud tirajla buraxılacaq Jaguar F-Type Project 7 rodsteri İngiltərədə ilkin sifarişlərlə artıq satılıb. Bu barədə Autocar şirkətdaxili mənbələrə əsasən xəbər verib.
Milli.Az 4 charx com-a istinadən bildirir ki, 575-güclü və 135 min funt sterlinq qiyməti olan Jaguar F-Type Project 7 xüsusi tələbkar müştərilər üçün yeni Special Vehicle Operations (SVO) texniki şöbəsi tərəfindən hazırlanıb. Bu F-Type sportkarın ən yüngül və ən güclü versiyasıdır. Onu əllə yığacaqlar. Bu avtomobildən cəmi 250 nüsxə buraxılması nəzərdə tutulur. Onlardan 65 ədədi yerli bazar üçün nəzərdə tutulub, baxmayaraq ki, onu əldə etmək istəyənlərin sayı bundan 100 nəfər çoxdur.
Project 7 hələ rəsmi təqdimatı keçirilməmiş F-Type 2015 rodsteri bazasında olacaq. Bu modeldən başqa artıq şirkətdə Project 8, Project 9 və Project 10 üzərində də iş başlanıb.
Jaguar F-Type Project 7 istehsalı bu ilin sonunda başlanacaq. Maşın əvvəlcə İngiltərədə, sonra Avropa Birliyində 13 avqustdan isə ABŞ-da başlanacaq.
Mənbə: Milli.Az