Qadin.NET / Onların sayı 70,4 milyona çatacaq

Onların sayı 70,4 milyona çatacaq

 

Tayvanın Digitimes Research analitik şirkətinin məlumatına əsasən, 2014-cü ilin birinci rübünün sonunda dünyada TD-LTE mobil şəbəkəsindən istifadə edən 12,48 milyon abunəçi qeydə alınıb. Cari ilin yekununa görə, abunəçilərin sayının 70,4 milyona çatacağı gözlənilir.Milli.Az ICT nevs-a istinadən bildirir ki, TD-LTE abunəçilərinin ən böyük sayı (28.2%) Səudiyyə Ərəbistanının Mobily mobil operatorunun şəbəkəsində qeydə alınıb. Bu göstərici üzrə ikinci yerdə Yaponiyanın SoftBank Mobile operatoru, üçüncü yerdə isə 22,4% göstərici ilə Çinin China Mobile şirkəti qərarlaşıb.
Mütəxəssislərin proqnozuna görə, 2015-ci ilin sonunadək TD-LTE şəbəkəsində işləyən abunəçilərin sayı 179,8 milyona çatacaq və 2016-cı ildə onların sayı 276,2 milyonadək artacaq.
Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK