Qadin.NET / Əmək Məcəlləsində dəyişiklik edildi

Əmək Məcəlləsində dəyişiklik edildi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Milli.Az-ın Azər Tac-a istinadən məlumatına görə, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, в„– 4, maddə 231; 2000, в„– 3, I kitab, maddə 159; 2008, в„– 7, maddə 611, в„– 8, maddə 719, в„– 10, maddə 896; 2009, в„– 2, maddə 71, в„– 12, maddələr 977, 987; 2011, в„– 7, maddə 633; 2012, в„– 6, maddə 545) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci abzasa “Məcəlləsinin” sözündən sonra “7-ci maddəsinin 2-1-ci hissəsində, 49-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;
1.2. üçüncü abzasa “48-ci maddəsinin beşinci hissəsində,” sözlərindən sonra “49-cu maddəsinin 4-cü hissəsində,” sözləri əlavə edilsin;
1.3. dördüncü abzasa “Məcəllənin” sözündən sonra “3-cü maddəsinin 5-1-ci hissəsində,” sözləri əlavə edilsin;
1.4. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“həmin Məcəllənin 15-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;”.
Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK