Qadin.NET / Bəzi kişilərin son ümidləri də puç oldu

Bəzi kişilərin son ümidləri də puç oldu

 

Cinsi zəifliyi olan kişilərin bəzən son ümidləri yataqda potensiya artıran dərmanlar olur. Ancaq bu dərmanlardan istifadə daha ağır nəticələrə səbəb ola bilər. Çünki dünyada satılan "Viaqra" və eyni tipli dərmanların əksəriyyəti saxtadır.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hollandiyalı alimlər iddia edirlər ki, dünyada satılan viaqraların 2/3 hissəsi saxtadır. Bu cür viaqralar erektil disfunksiyadan - cinsi zəiflikdən əziyyət çəkən kişilərə yardımçı olur. Lakin bu cür məhsullardan istifadə orqanizmə ciddi ziyanlar da vura bilər. Çünki həmin dərmanlarla orijinal viaqranın molekulyar tərkibi eyni deyil.
Alimlərin sözlərinə görə, saxta viaqralar, əsasən, onlayn apteklərdə satılır. Bu cür saxta məhsullar bütün dünyada yayılır.
Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK