Qadin.NET / M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir

 

Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı 2014/2015-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə (bakalavr dərəcəsi, rus dili) qəbulu elan edir:
İxtisaslar Plan yerləri
Filologiya fakültəsi
44.03.01. Filologiya                                    30
Rus filologiyası bölməsi                               10
Xarici filologiya bölməsi (fransız və ispan)   20
Tətbiqi riyaziyyat fakültəsi
02.04.01. Riyaziyyat və kompyuter elmləri 25
Kimya fakültəsi
04.04.01. Kimya 25
Psixologiya fakültəsi
37.03.01. Psixologiya 25
İqtisadiyyat fakültəsi
38.03.01. İqtisadiyyat 13
38.04.02. Menecment 12
Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil pulsuzdur
MDU-nun qəbul komissiyasının təşkil etdiyi qəbul imtahanlarında TQDK-nın test imtahanlarında 300 və daha çox bal toplamış abituriyentlər iştirak edə bilərlər.
Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcəkdir:
1. Filologiya fakültəsi:
a) rus filologiyası:

rus dili (yazılı)
ədəbiyyat (yazılı)
xarici dil (müsahibə)
b) xarici filologiya:
rus dili (yazılı)
ədəbiyyat (yazılı)
xarici dil (yazılı)
2. Tətbiqi riyaziyyat fakültəsi:
rus dili (yazılı)
riyaziyyat (yazılı)
informatika və İKT (müsahibə)
3. Kimya fakültəsi:
rus dili (yazılı)
riyaziyyat (yazılı)
kimya (yazılı)
4. Psixologiya fakültəsi:
rus dili (yazılı)
biologiya (yazılı)
riyaziyyat (müsahibə)
5. İqtisadiyyat fakültəsi:
rus dili (yazılı)
riyaziyyat (yazılı)
xarici dil (yazılı)
Qəbul MDU-nun yaratdığı qəbul komissiyanın keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən aparılacaq.
Qəbul imtahanlarında iştirak etmək arzusunda olanlar qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. TQDK-da qəbul imtahanının birinci turunun nəticələri (şəxsi nömrə və şifrə)
2. Orta təhsil haqqında sənəd (attestat, əsli)
3. Şəxsiyyət vəsiqəsinin surəti ( sənədləri verəndə orijinalı təqdim olunur)
4. Gənc oğlanlar üçün orduya çağırış məntəqəsinə təhkim edilmək haqqında vəsiqə
5. 3x4 santimetr formatında 4 fotoşəkil
M.V.Lomonosov adına MDU-nun filialına müsabiqə yolu ilə keçə bilməyən abituriyentlər TQDK-nın başqa ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəsində iştirak edə bilərlər.
Filialın təhsil fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir.
Məşğələlər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.
Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu veriləcək.
Qəbul imtahanlarında iştirak etmək üçün sənədlər 2014-cü il iyulun 15-dən 28-nə qədər saat 10-dan 18-dək qəbul ediləcək.
Qəbul imtahanları 2014-cü il iyulun 29-dan avqustun 3-nə qədər keçiriləcək.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında).
Əlaqə telefonları: (+99412) 510 96 08, (+99412) 598 93 19.
Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK