Qadin.NET / Aşiq olmusunuz, ya yox? - 7 nişanə

Aşiq olmusunuz, ya yox? - 7 nişanə

 

Dünən yaxın bir dostum mənə yazıb, bir xanımı sevib-sevmədiyini müəyyənləşdirmək üçün ona yardım etməmi istədi. Düzü, lap yerinə düşdü, mən də oturub “bu gün n haqda yazım” deyə, dərdli-dərdli düşünürdüm. Ümumiyyətlə, bizim bədənimiz və ruhumuz aşiq olmağa, qarşı cinsdə öz natamam hissəciyimizi tapıb onunla tam olmağa, duyğularımıza ad verib aşiq olduğumuzu hiss etməyə ehtiyac duyur. Bu, insan xislətidir, beynimizi, istəyərək ya da istəməyərək bütün bunlara proqramlaşdırırıq. Aşiq olduqda isə ya qoyub qaçırıq, ya da bunun fərqinə çox gec varırıq.
Əgər siz də mənim dostum kimi aşiq olub-olmadığınızı müəyyən etməkdə çətinlik çəkirsinizsə və ya bunu özünüzə etiraf etməyə çəkinirsinizsə, gəlin, mən sizə kömək edim.
Aşiq olduğunuzun əlamətləri:
1. Yemək yeməyi unudursunuz 
Möhtəşəm ipucudur. Yemək yeməyi unutmaq və ya istəməmək sizi təbii ehtiyaclarınızdan daha çox maraqlandıran hər hansı bir şeyin olduğunun göstəricisidir. Siz aşiq olduğunuz insan üçün o qədər darıxır, onu o qədər düşünür, ona o qədər ehtiyac duyursunuz ki, yemək heç yadınıza da düşmür. 
2. Böyük təbəssüm
Bütün günü özünüzün də xəbəri olmadan hamıya və her şeyə gülümsəyirsiniz. Çünki özünüzü çox xoşbəxt hiss edirsiniz, həm də özünüzə gülürsünüz. Əhvalınızın müsbət yönə belə dəyişməsi sizi sevindirir. 
3. Utancaqlaşırsınız
Sevdiyiniz şəxsin gözünün içinə baxa bilmirsiniz. Danışarkən gözlərinizi onun gözlərindən qaçırırsınız, çünki ona baxanda o qədər xoşbəxt və sevincək olursunuz ki, bunu gözlərinizdən hiss edər deyə qorxursunuz. Bilirsiniz, nə edin? Danışarkən alnına baxın. 
4. Səhər oyananda da ağlınızdadır?
Yuxudan duran kimi gözlərinizi açan an ağlınıza ilk gələn onun siması olur. Yox, siz oyanan kimi su içmirsiniz, siqaret yandırmırsınız, hətta geyinmirsinız, oyanan kimi bir neçə dəqiqənizi onu düşünməyə ayırır, simanıza böyüüüük bir təbəssüm qondurursunuz. Sonra isə həyat öz axarı ilə davam edir. 
5. Darıxırsınız?
Uzun müddət görməmək qalsın bir kənara, bir neçə saatdan sonra belə onun üçün darıxdığınızı hiss edirsiniz. “Darıxıram? Yox əşşi, amma görsəm, pis olmazdı” fikri tanışdır sizə? 
6. Xəyalpərəstə çevrilmək
Ən azı, bir dəfə uşaqlarınız necə olardı, kimə daha çox oxşayardı deyə düşünmüsünüz? 
7. Ətrafınızdakılar sizdə bir dəyişiklik olduğunu deyir
Ailə üzvləriniz, iş yoldaşlarınız, dostlarınız sizdə xüsusi bir dəyişiklik olduğunu deyirlər. İşıq saçırsınız, parıldayırsınız, loru dildə desəm, “gözlərinizin içi gülür” çünki siz a-şiq-siniz.
Mənbə: Milli.Az

 

9 iyul 2014
GO BACK