Bakıda bu dəqiqələrdə zəif təkanlar hiss edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə bildirilib. Titrəyişlərin paytaxtın müxtəlif ərazilərində hiss edildiyi bildirilir.Məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin ANS PRESS-ə verdiyi məlumata görə, ölkədə hər gün maqnitudası 3 baldan az olan yeraltı təkanlar qeydə alınır: "Bu təhlükəsiz proses olduğu üçün insanlara məlmat verməyə ehtiyac duymuruq. Əhaliyə demək istəyirəm ki, narahat olmasınlar. Hər şey qaydasındadır”.
Mənbə: ANS PRESS