Ədalət və İnkişaf Partiyasının (AKP) internet qorxusu davam edir. ANS PRESS-in məlumatına görə, Türkiyədə bütün internet sahəsini əlində cəmləyən Türk Telekom şirkəti yeni reallaşdırdığı layihə ilə bütün elektron qurğulara nəzarət imkanı əldə edəcək. Bu iddiadan sonra Türkiyənin qabaqda gələn informasiya qeyri-hökumət təşkilatları ortaq bir məlumat nəşr edib. Məlumatda "Sistem bütün bu xidmətləri izləyə biləcək, istədiyi kimi manipulyasiya edə biləcək və maneə törədə biləcək qabiliyyətə sahib olacaq",-deyə bildirilib.
Yeni sistem vasitəsi ilə Türk Telekom Whatsapp və Skype kimi proqramlardakı yazışmaları, internet səhifələrini analiz edəcək, yavaşladacaq və lazım olarsa blok edəcək.
İnformasiya qeyri-hökumət təşkilatları iddia edir ki, şirkət Türkiyə Konsitutsiyasının qanunlarını kobud şəkildə pozur. Məlumatda bildirilir ki, bu hal qanunsuzdur və yolverilməzdir.
Mənbə: ANS PRESS