Qadin.NET / İnstitutlarda viki-qruplar yaradılacaq

İnstitutlarda viki-qruplar yaradılacaq

İnstitutlarda viki-qruplar yaradılacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda viki-qrupun iclası keçirilib. AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələr bölməsindən ANS PRESS-ə verilən məlumata görə, məqsəd yaradılmış qrupun fəaliyyətinin gücləndirilməsindən ibarət olub. İclası giriş sözü ilə açan qrupun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov qeyd edib ki, AMEA tərəfindən hər bir institutda viki-qrupun yaradılması qərara alınıb. Bu qrupun yaradılmasında əsas məqsəd internetdə Azərbaycan reallıqları ilə bağlı informasiya resurslarının gücləndirilməsidir. O, vurğulayıb ki, artıq Genetik Ehtiyatlar İnstitutunda viki-qrup fəaliyyətdədir. Qrupun iki üzvü İlhamə Mirzəliyeva və Məhəmməd Eldarov AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 aylıq kurs keçiblər.Sonra viki-qrupun üzvü İ.Mirzəliyeva təlimdən qazandığı təcrübə barədə məruzə etmiş və yaratdığı səhifə üzərində əyani şəkildə məlumat verib.Sonda institutun hər şöbəsindən vikipediyaya məlumatların daxil edilməsi qərara alınıb.

Mənbə: ANS PRESS

8 iyul 2014
GO BACK