İsrail “Həmas” terror qruplaşmasına qarşı rəsmən müharibə elan edib.ANS PRESS-in məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Avihai Adera açıqlama verib. O bildirib ki, İsrail ordusu Qəzza zolağında “Həmas”a qarşı hərbi əməliyyatlara başlayıb.”İsrail ordusu Qəzzada “Uçuruma qarşı” hərbi əməliyyatlar keçirir. Gecə boyunca havadan, qurudan və dənizdən hücumlar həyata keçirilir”, - deyə Avihai Adera bildirib.1500-dən artıq ehtiyatda olan zabitin orduya çağırıldığı bildirilir.Qeyd edək ki, ötən həftə İsrail hökuməti “Həmas”a xəbərdarlıq etmişdi ki, raket hücumlarına son verilməzsə, ordu qüvvələri hərəkətə keçəcək.
Mənbə: Milli.Az