Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında Fransaya azarkeşlik edən bir xanıma ilginc təklif gəlib. ANS PRESS-in məlumatına görə, xanım azarkeş operatorlar tərəfindən sadəcə, 3 saniyə ekranda görüntülənib. Bu 3 saniyə onun həyatını dəyişib. Belə ki, bu görüntüdən sonra şirkətlərindən biri reklam üzü olması üçün həmin xanıma 1 milyon avroluq təklif göndərib. İndi bütün Fransa komandanın məğlubiyyətini unudub həmin xanımın təklifə nə cavab verəcəyini gözləyir.
Mənbə: ANS PRESS