Qadin.NET / 2022-ci il Qış Olimpiya Oyunlarına namizədlər açıqlandı

2022-ci il Qış Olimpiya Oyunlarına namizədlər açıqlandı

2022-ci il Qış Olimpiya Oyunlarına namizədlər açıqlandı
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Oslo (Norveç), Almatı (Qazaxıstan) və Pekin (Çin) şəhərlərini 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququna namizədlər kimi rəsmən təsdiq edib.ANS PRESS-in məlumatına görə, bu qərar BOK İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında elan edilib.2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsinə namizəd şəhərlərə inspeksiya səfərləri gələn ilin əvvəlində başlanacaq.BOK-un Qiymətləndirmə Komissiyasının rəhbəri Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovdur.“Reuters” agentliyi BOK-un rəhbəri Tomas Baxın aşağıdakı sözlərini sitat gətirib: “Oyunların təşkilinə bir-birindən fərqlənən üç yanaşma görməyə çox şad olarıq. Bu halda BOK hər birinin fərqli büdcəsi və Olimpiya irsinə dair fərqli planları olan üç sifarişdən birini seçmək imkanı qazanacaq”.2022-ci il Olimpiadasının paytaxtı 2015-ci ilin yayında Malayziyada elan ediləcək.2022-ci il Olimpiadasının keçirilməsinə əvvəlcə altı şəhər iddia edirdi. Lakin sonradan Stokholm (İsveç), Krakov (Polşa) və Lvov (Ukrayna) 2022-ci il Qış Olimpiadası uğrunda mübarizədən imtina ediblər.2018-ci il Oyunlarının paytaxtı Cənubi Koreyanın Pxençxan şəhəri olacaq.

Mənbə: ANS PRESS

8 iyul 2014
GO BACK