Yay aylarında uşaqlarda tez-tez rast gəlinən ishal və qusma halları valideynləri narahat edir. Belə halların baş verməməsi üçün həkimlər valideynləri diqqətli olmağa çağırırlar. Xüsusən də uşaqların keyfiyyətli və düzgün qidalanmasının vacib olduğunu bildirirlər.
Yay mövsümündə aktivləşən ishal və qusma hallarına daha çox uşaqlar arasında rast gəlinir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bunun isti havalarda tez köhnələn və keyfiyyətini itirən yeyinti məhsullardan istifadədən qaynaqlandığını bildirirlər. Xüsusən də daha tez keyfiyyətini itirən süd və süd məhsullarından istifadə ishal və qusmaya yol açır.
Şirin Əhmədova, Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasının baş həkimi: “Ümumiyyətlə, yay aylarında uşaqlarda mədə-bağırsaq infeksiyalarının artımı müşahidə olunur. Bunun əsas səbəbi isə isti havalarda ərzaq məhsullarının düzgün saxlanılmaması, ən çox ağartı məhsullarının yüksək temperaturda tez xarab olması, bəzi anaların bu haqda yetərincə məlumatlandırılmamasıdır”.
Həkimlər onu da bildirirlər ki, bu kimi hallara gigiyenik qaydalara əməl olunmaması, valideynlərin uşaqları yaş həddinə görə düzgün qidalandırmaması, uşaqlara qaynadılmayan çiy suyun verilməsi və yuyulmayan meyvə-tərəvəzlərdən istifadə də səbəb olur.
Şirin Əhmədova: “Valideynlərə, ümumiyyətlə, tövsiyəm odur ki, yaxşı olar ki, hər bir məhsul uşağa öz mövsümündə verilsin. Qarpız və yemişi torpaqla bilavasitə təmasda olan tərəvəzlər kimi kəsməzdən öncə axar suyun altında yaxşıca yuyub, qurulamaq lazımdır. Qeyd etməliyəm ki, çox vaxt tərəvəzin özü yox bizim sanitar-gigiyenik qaydalara əməl etməməyimiz xəstələnməyimizə səbəb ola bilər”.
Həkim onu da qeyd edir ki, isti yay günlərində uşaqların açıq günəş altında çox olması da urəkbulanma və ihsal kimi hallara gətirib çıxarır. Ona görə də valideynlərə məsləhət olunur ki, övladlarının günorta saatlarında açıq günəş altında olmasına icazə verməsinlər.

Mənbə: Milli.Az