Qadin.NET / Şevardnadze öldü

Şevardnadze öldü

 

Şevardnadze öldü

Gürcüstanın sabiq prezidenti və SSRİ-nin keçmiş xarici işlər naziri vəfat edib. ANS PRESS-in məlumatına görə, Eduard Şevardnadze bu gün Tiflisdə vəfat edib. 

 

Onun vəfatı haqqında xəbərləri ailə üzvləri də təsdiqləyiblər. Hələlik dəfnin tarixi və yeri barədə məlumat verilməyib. 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.
2003-cü ildən sonra özünün Tiflisdəki mülkündə yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. "Gürcü arzusu" koalisiyasının siyasətini dəstəkləyib. 
2006-cı ildə gürcü dilində onun "Gələcək və keçmiş haqqında düşüncələr" adlı memuarları dərc edilib. 
Mənbə: ANS PRESS

7 iyul 2014
GO BACK