Türkiyədə prezident seçkisində müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğlunun həyat yoldaşı Füsun İhsanoğlunun fotoları və ondan götürülmüş müsahibə yayılıb. ANS PRESS-in xəbərinə görə, Türkiyənin birinci xanımı olmağa namizəd olan Füsun İhsanoğlu özü, ailəsi və gələcək planları barədə məlumat verib. Ana babasının Demokratik Partiyanın millət vəkili və məhkəmə hakimi olduğunu deyən xanım İhsanoğlu atasının Mədəniyyət Nazirliyində müşavir və Ankara universiteti Dil və Tarix-Coğrafiya fakultəsinin dekanı olduğunu deyib. Bu səbəbdən bir başa siyasətin içində böyüdüyünü deyən F. İhsanoğlu birinci xanım olacağı təqdirdə ölkə qadınları və qızlarının problemlərinin özü üçün prioritet olacağını qeyd edib. Universitetin Əczaçılıq fakultəsini bitirən Füsun xanım Ekmeleddin bəylə atası vasitəsilə tanış olduğunu qeyd edib.
Xatırladaq ki, cütlük 43 ildir evlidir və onlar 3 oğlu var.
Mənbə: ANS PRESS