Qadin.NET / Yol Polisi qəfil reyd keçirdi

Yol Polisi qəfil reyd keçirdi

 

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində birgə reyd keçiriblər.Milli.Az APA-ya istinadən bildirir ki, Xaçmaz DYPB-nin rəisi Əliağa Əsgərbəylinin verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 62 sürücü barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.Həmin sürücülərin 8 nəfəri avtomobilini sərxoş vəziyyətdə, 17 nəfər əlavə avadanlıq quraşdıran, 7 nəfər ötmə qaydalarını pozan, 23 nəfər sürət həddini aşan, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etmədiyinə görə saxlanılıb.
Ə. Əsgərbəyli bildirib ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
Mənbə: Milli.Az

 

7 iyul 2014
GO BACK