Qadin.NET / İlin mühərrikləri seçildi

İlin mühərrikləri seçildi

 

BMW Group konserninin eyni zamanda iki mühərriki şirkətin nüfuzlu International Engine of the Year Award dünya müsabiqəsində qazandığı mükafatları sırasna yenilərini əlavə ediblər. Mükafatlar idman xarakteri ilə nümunəvi effektivliliyi təəccüblü şəkildə özündə birləşdirən benzin mühərriklərinə verilib. Şirkətin modellərinin bir çoxunda quraşdırılan bir cərgə altı silindrli üç litrlik BMW TwinPower Turbo texnologiyalı BMW mühərriki artıq dördüncü dəfə qələbə qazanıb. Bir sıra başqa modellərlə yanaşı yeni MINI Cooper S Countryman və MINI Cooper S Paceman modellərinin də təchiz edildiyi 1.6 litrlik dörd silindrli MINI turbomühərriki isə öz sinifində bu mükafata artıq səkkizinci dəfə layiq görülüb.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, International Engine of the Year Award müsabiqəsi 1999-cu ildə təsis edilib və o zamandan BMW və MINI həmin müsabiqədə ümumilikdə 63 qələbə qazanıblar. 34 ölkədən gəlmiş 82 jurnalistdən ibarət münsiflər heyətinin seçdiyi qaliblərə mükafatlar iyunun 25-də Ştutqartda keçiriləcək Engins Export sərgisində təqdim ediləcək.
Mənbə: Milli.Az

 

7 iyul 2014
GO BACK