Qadin.NET / Planşet satışları 5 dəfə artacaq

Planşet satışları 5 dəfə artacaq

 

TrendForce analitik şirkətinin tədqiqat bölməsi olan WitsViewnin ekspertlərinin proqnozuna görə, 2014-cü ildə planşetlərin qlobal tədarükü ötən illə müqayisədə 4.7 faiz artaraq 205,5 milyona çatacaq.

Analitiklərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünya bazarına ümumilikdə 196,3 milyon planşet tədarük ediləcək.
Milli.Az İCTnews-a istinadən bildirir ki, mütəxəssislər qiymət rəqabətinin güclənməsi, böyükölçülü smartfonların populyarlaşması, yeni ucuz noutbukların çıxarılması kimi bir sıra daxili və xarici amilləri azalmaya səbəb kimi göstərirlər. 
WitsViewnin tədqiqat direktoru Erik Çiu hesab edir ki, bazarın lideri Apple şirkəti ikinci rübdə yalnız 13 milyon planşet tədarük edib. Mütəxəssisin proqnozuna görə, 2010-cu ildə planşet bazarına çıxmış ABŞ şirkətində ilin nəticəsinə görə ilk dəfə tədarük azalması qeydə alına bilər. Cari ildə Apple şirkəti 68,4 milyon iPad planşeti tədarük edəcək ki, bu da 2013-cü illə müqayisədə 7,8 faiz azdır. Nəticədə şirkətin bazar payı 37.9 faizdən 33.3 faizədək azalacaq. 
Dünyanın ikinci planşet istehsalçısı Samsung Electronics şirkətinin artım tempi planlaşdırılan həcmdən geri qalır. Gözləntilərə görə, 2014-cü ildə şirkət tədarük həcmini yalnız 14 faiz artıraraq 48 milyona çatdıracaq. Şirkətin bazar payı ötən illə müqayisədə artaraq 23,3 faiz olacaq.
Mənbə: Milli.Az

 

7 iyul 2014
GO BACK