Qadin.NET / Azərbaycanda bankomatlarda yenilik

Azərbaycanda bankomatlarda yenilik

 

Ödəniş kartlarının emissiyası və istifadə qaydalarında müvafiq dəyişikliklər Mərkəzi Bank tərəfindən 2014-cü il iyunun 23-də təsdiqlənib.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, AMB-nin tələblərinə görə, bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 ay müddətində saxlanılması təmin edilməlidir.
Bundan başqa, bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalı, daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır. Açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir.
Bu dəyişikliklər 2014-cü il iyulun 1-dən qüvvəyə minib.
2014-cü il iyunun 1-nə olan məlumata görə, ölkədə 2462 bankomat fəaliyyət göstərir ki, bundan 1379-u Bakıda, 1083-ü isə ölkənin digər şəhər və rayonlarında yerləşir. İl ərzində bankomatların ümumi sayı (2013-cü il iyunun əvvəlinə olan göstərici ilə müqayisədə) 119 ədəd, yaxud 5,1 faiz artıb.
Mənbə: Milli.Az

5 iyul 2014
GO BACK