Braziliya millisi DÇ-2014-ün 1/2 finalında Almaniya ilə matç öncəsi ciddi itki ilə üzləşib.
Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, Kolumbiya ilə oyunda zədələnənNeymarın zədəsinin ciddi olduğu müəyyənləşib. Onun dünya çempionatını erkən başa vurduğu açıqlanıb.
Yığmanın həkimi Rodriqo Lasmar deyib ki, Neymarın onurğasında sınıq aşkarlanıb:
"O, əməliyyat olunmayacaq, ancaq bir müddət hərəkət edə bilməyəcək. Neymar bu zədə ilə futbol oynaya bilməz. Onun bir həftəyə sağalması mümkünsüzdür".
Braziliya millisinin ulduzu Neymar Kolumbiya ilə matçda ciddi zədələnib. Milli.Az xəbər verir ki, rəqibin müdafiəçisi Kamilo Tsunqo ilə toqquşmadan sonra yerə yıxılıb və xərəkdə meydandan çıxarılıb. Neymarın ağrıları çox olduğu üçün onu xəstəxanaya aparıblar. Həkimlər onun Almaniya ilə matça kimi düzələcəyinə inanmırlar.
Mənbə: Milli.Az