Qadin.NET / Oruc immun sistemini gücləndirir

Oruc immun sistemini gücləndirir

 

Oruc tutmaq həzm sistemini istrahət etdirdiyi üçün bədəndə digər orqanların yaxşı işləməsini təmin edir, bundan əlavə, qan dövranı yaxşılaşır.

İftarda, imsaqda yediklərinizə diqqət edirsinizmi? ANS PRESS-in məlumatına görə, araşdırmaçılar bildirirlər ki, bəslənmənizə diqqət etsəniz, oruc tutarkən immunitet sisteminizi gücləndirə bilərsiniz. Oruc tutarkən qaraciyər və bütün həzm sistemi istirahət imkanı əldə edir. Bədəndə digər orqanların qanlanması və iş səmərəsi artır. Şəkər xəstələrində qan şəkəri idarəsi, təzyiq xəstələrində qan təzyiqi kontrolu yüngülləşir. Qanda yağ səviyyələri düşür, faydalı xolesterol yüksəlir. Bədəndə qan istehsalı artır. Bədən yığılmış zərərli maddələrdən təmizlənir, immunitet sistemi güclənir. Ürək-damar, xərçəng kimi xəstəliklərə qarşı müqavimət artır.
Lakin orucun xeyri bəzi digər qaydalara da riayət olunarsa daha effektli olar. Məsələn, süfrədən doymadan qalxın. Oruc müddətində sağlam və balanslı bəslənmək çox əhəmiyyətlidir. Buna baxmayaraq məsələni şişirtmədən, gündəlik ehtiyac olan zülal, yağ, karbohidrat, vitamin və minerallar aldıqdan sonra israfa getməyin. İftar və imsaqda yavaş-yavaş və az miqdarda yeyin, yeməkləri yaxşı çeynəyin və süfrədən doymadan qalxın.
İftar və imsaq arasında 2 litr maye qəbul edin. Bu, su, ayran və hətta kompot da ola bilər. İmsaqda mədədən gec boşalaraq uzun müddət tox tutacaq, zülal və lif zənginli qidalar alın. Süd, qatıq, pendir, yumurta, xurma, çörəkotu, qoz, badam, fındıq, quru paxlalılar, taxıl, çörək və düyü kimi...
Maddələr mübadiləsini yavaşladaraq kilo almağa da səbəb olan çox yağlı və xəmir yeməklərdən, ağır şirnilərdən, qızardılmış, ədviyyatı və duzu bol qidalardan uzaq dayanmanızda fayda var. 

Mənbə: Milli.Az

 

5 iyul 2014
GO BACK