Qadin.NET / Bakıda təhlükə: özünüzü qoruyun!

Bakıda təhlükə: özünüzü qoruyun!

 

Bakıda ötən ay 11 nəfəri ilan, 20 nəfəri həşərat sancıb

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bu ilin iyun ayında paytaxtda qeydə alınan ilan və həşərat sancma hadisələrinin statistikasını açıqlayıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, iyun ayında 11 nəfəri ilan sancıb. Bu şəxslərin 9-u  xəstəxanaya yerləşdirilib. İlan sancma hadisələrinin əksəriyyəti paytaxtın Qaradağ, Xəzər və Sabunçu rayonlarında qeydə alınıb. 
O.Şahmalıyev əlavə edib ki, ötən ay ərzində Bakıda 20 nəfəri həşərat sancıb. Onlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib. Həşərat sancma halları isə Bakının müxtəlif ərazilərində qeydə alınıb.

Mənbə: Milli.Az

 

5 iyul 2014
GO BACK