Yay aylarında istirahət üçün üz tutulan məkanlardan biri də dənizkənarı çimərliklərdir.
ANS TV-nin məlumatına görə, bir çoxları dənizə günün isti vaxtları günorta saatlarında üz tutur ki, həm çimərək sərinlik tapsın, həm də günəş vannası qəbul etsin. Amma qəbul etdiyimiz günəş şualarının insan orqanizminə ziyanından çoxlarının xəbəri yoxdur.
Həkim dermotoloq Məlahət Qəhrəmanovanın sözlərinə görə, açıq günəş altında günəş vannası qəbul edərkən xüsusi qoruyucu kremlərdən istifadə olunmazsa, fəsadlar böyük ola bilər: ”Günün elə saatları var ki, bu zaman günəş altında uzanmaq xeyirlidir. Ancaq əsasən günorta saatlarında zərərli şüaların təsiri daha güclü olur”.
Həkim onu da bildirdi ki, bir qrup insanlar, ümumiyyətlə günəş altında çalışır və dəridə yaralar, yanıqlar əmələ gəlir. Belə bir şəraitdə, hətta dəri xərçənginin də yaranması istisna deyil.
Mütəxəssislər günorta saat 12-dən 17-dək açıq günəş altında gəzməyi məsləhət görmür. Qida rasionuna isə bol maye və ağartı məhsullarının daxil olunması vacib şərtlərdəndir.